Misirin paytaxtı Qahirədə piramidaların olduğu ərazidə fironların dövrünə aid 4400 illik tarixə malik məzar tapılıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, Misirin Antik Əsərlər üzrə naziri Xalid əl-Anani məzarın Qədim Misirin 5-ci xanədan dövrünə (e.ə 2494-2345-ci illər) aid olduğunu bildirib. Məzar qadın kahinindir.
Anani həmçinin məzarın üzərində nadir rast gəlinən tarixi oymalar olduğunu söyləyib.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin