"Report"un Qərb bürosunun məlumatına görə, hadisə magistralın Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində baş verib.
Belə ki, "Wolkswagen" markalı avtomobillə "Toyota" markalı avtomobil toqquşub. Hadisə nəticəsində nəticəsində hər iki sürücü və bir nəfər sərnişin xəsarət alıb.
Yarlılar - Əsgər Sadıqov, Nicad Qafarov, Elçin Böyükşiyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.