UEFA Serbiyanın "Crvena Zvezda" klubunun apellyasiya müraciətini təmin edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Belqrad klubu Avropa Liqasının 1/16 final mərhələsində "Lokomotiv"ə qarşı oyunda boş tribunalara önündə oynamayacaq. "Rayko Mitic" stadionuna azarkeşlərin girişinə icazə veriləcək.

İntizam Komitəsi "Crvena Zvezda"nı azarkeşlərinin serb general Ratko Mladiçə dəstək verməsinə görə cəzalandırmışdı. Bu, BATE ilə Avroliqa matçında baş vermişdi.

Ratko Mladiç Yuqoslaviyanın süqut etdiyi illərdə Xorvatiya və Bosniyada qətliam törətməkdə ittiham olunurdu. 2017-ci ilin noyabrnda Haaqa Tribunalı hərbi cinayətlərinə görə onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində