ABŞ-ın Los-Anceles şəhərində Amerika Kino Akademiyasının "Oskar" mükafatına nominantların gecəsi keçirilib.
Milli.Az CBS-ə istinadən bildirir ki, gecədə "Oskar" mükafatına "Ən yaxşı sənədli film" nominasiyasında iddialı olan "Faces Places" filmi də təqdim olunub.
Film strit-art rəssam və fotoqraf, 34 yaşlı JR-in və rejissor Anyes Vardanın Fransanın kiçik şərəciklərinə səyahətindən bəhs edir. Səyahət əsnasında əsl ad və soyadı Jan Rene olan JR təsadadüfi insanların portretlərini çəkir.
Lent məşhur fransız rejissor, "Oskar" və "Qızıl palma budağı" mükafatlarının laueratı Anyes Varda ilə Jan Renenin birgə əsəridir.
Filmin ortasında 89 yaşlı Anyes Varda əsas personaja çevrilir. JR onun sənət yolundan, Vardanın görmə qabiliyyətinin zəifləməsindən bəhs edir.
Təqdimat mərasimə JR tərəf-müqabili Anyes Varda ilə yox, 89 yaşlı rejissorun böyük fotomaketi ilə qatılmışdı.
68 yaşlı aktrisa Meril Strip 21-ci "Oskar" mərasimində mükafatlara nominantlar arasında karton Anyes Vardanı görəndə gülüşünü saxlaya bilməyib.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin