Zəlzələ binaları dağıdıb

Tayvanda meydana gələn 6.4 bal gücündə zəlzələ bəzi binaların əyilməsinə səbəb olub.

Metbuat.az xəbər verir ki, yeraltı təkanlar gecə yarısı baş verib. “Reuters” xəbər agentliyi zəlzələ nəticəsində 4 nəfərin öldüyünü, 60 nəfərin itkin düşdüyünü bildirib. İtkin düşənlərin çoxunun zərər görmüş binalarda qaldığı bildirilir.

Əraziyə xilasetmə briqadaları cəlb olunub.

Xatırladaq ki, Tayvanda 1999-cu ildə baş verən 7.6 bal gücündə zəlzələ 2 mindən çox insanın ölümünə səbəb olmuşdu.

Aysel Yaqubqızı / Metbuat.az

PKK-lı terrorçular arasında silahlı atışma çıxıb - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR