Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, sabiq deputat, jurnalist, “Gündəlik Teleqraf” MMC-nin direktoru, Publika.az və Teleqraf.com saytlarının rəhbəri Aynur Camalqızının doğum günüdür.

Metbuat.az saytı adından Aynur xanım Camalqızını təbrik edir, işlərində daim uğurlar arzulayırıq.

Qeyd edək ki, Aynur Camal qızı Quliyeva 1975-ci il fevralın 7-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. 1996-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (BSİPİ) Politologiya fakültəsini bitirib. 1996-2000-ci illərdə "Azərbaycan Ordusu", "Xalq qəzeti", "Şans", "Ulus", "Millətin səsi", "Yeni Yüzil" qəzetlərinin müxbiri işləyib. 2005-ci il noyabrın 6-da 95 saylı Tərtər seçki dairəsindən deputat seçilib. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvü olub. Azərbaycan-İordaniya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Norveç, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. 2014-cü ildə Ali Media Mükafatının 2-ci dərəcəsi ilə təltif edilib.