Tatarıstanın səhiyyə nazirinin müavininin meyiti mənzilində aşkar edilib
Paylaş
114 baxış·1 dəq oxu
Bakı. 7 fevral. REPORT.AZ/ Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şışmaryova mənzilində ölmüş vəziyyətdə aşkar edilib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bir neçə gün əvvəl fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli sayılıb və bu səbəbdən ev dustaqlığında saxlanılırdı. Y.Şışmaryovanın özünə qəsd etdiyi ehtimal olunur.