Bu gün "10-dan sonra" verilişinin qonağı olan Könül Kərimova geyimi ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, əməkdar artistin dekolteli uzun əlbisəsi aparıcının da marağına səbəb olub.

Yusif Ağayev xanım müğənniyə "Çox şıx görünürsən" deyib.

Könül Kərimova aparıcının sözünə "Bu parçanı o qədər sevmişəm ki, hələ heç dəbdə deyildi. Bu gülməxmər bəlkə 20 ildir ki, məndədir" etirafı ilə diqqət çəkib.

Məhəmməd Vaqif

Milli.Az

Könül Kərimova dekolteli geyimdə verilişə gəldi - Məlum oldu ki... - FOTO