Prezident İlham Əliyevin İrəvanın, Zəngəzurun və Göyçə
gölünün Azərbaycanın tarixi torpaqları olduğunu bəyan etməsi və
“tarixi torpaqlarımıza dönməliyik, bu hədəfə mərhələ-mərhələ
yaxınlaşmalıyıq” deyə bildirməsi dünyada gündəmə çevrilib.
Publika.az xəbər verir ki, Azərbaycan liderinin sözləri
düşmənlərimizi kədərləndirsə də, dostlarımızı sevindirib.
İşğalçı Ermənistan narahatlığını dilə gətirib. Qardaş Türkiyə isə
Azərbaycanı dəstəkləyib.
Türkiyə mediası Prezident İlham Əliyevin çıxışını geniş
işıqlandırılıb. Məşhur “Haber7” xəbər portalı isə Azərbaycan
liderinin sözlərini “Qardaşın Qızıl Alması” olaraq manşetə
çıxarıb.
Asif