Çinin paytaxtı Pekinin Sidan rayonunda naməlum şəxs bıçaqla mağazadakı insanlara hücum edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hücum nəticəsində aldığı yaralardan bir nəfər həlak olub, 12 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn polis əməkdaşları hücum edən şəxsi saxlayıb. Hazırda araşdırma aparılır.
Milli.Az