Nigar Nərimanbəyovanın əsəri ilk dəfə Parisdə “Fransız Rəssamları Cəmiyyəti” salonunda sərgilənir

Nigar Nərimanbəyovanın əsəri ilk dəfə Parisdə “Fransız Rəssamları Cəmiyyəti” salonunda sərgilənir
02:27 14 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Paris. 14 fevral. REPORT.AZ/ Azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın "Fantaziya" əsəri "Art Capital 2018" sərgisinin "Fransız Rəssamları Cəmiyyəti" salonunda sərgilənir.
“Report”un Fransa bürosu xəbər verir ki, Parisin məşhur “Grand Pale” (Böyük Saray) da baş tutan sərgi fevral ayının 18-dək davam edəcək.
"Art Capital 2018" sərgisinin digər salonlarından fərqli olaraq “Fransız Rəssamları Cəmiyyəti” salonunda nümayiş edilən rəsm əsərləri peşəkar və tələbkar münsiflər heyəti tərəfindən seçilib və dünyanın müxtəlif bölgələrindən cəmi 667 rəssama iştirak etmək hüququ verilib. N.Nərimanbəyova 1663-cü ildə Fransa Kralı XIV Lui tərəfindən əsası qoyulan “Fransız Rəssamları Cəmiyyəti” salonunda əl işi sərgilənən ilk azərbaycanı rəssamıdır.
Hər il təşkil olunan "Art Capital" sərgisi “Fransız Rəssamları Cəmiyyəti”, “Müstəqil Rəssamlar Cəmiyyəti”, “Rəssamlıq və Su Üzərində Rəsm” və “Müqayisələr” kimi 4 salondan ibarətdir. N.Nərimanbəyovanın əsərləri artıq dəfələrlə “Müstəqil Rəssamlar Cəmiyyəti” salonunda nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/nigar-nerimanbeyovanin-eseri-ilk-defe-parisde-fransiz-ressamlari-cemiyyeti-salonunda-sergilenir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR