Aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində gözlənilməz hadisə yaşanıb. Lent.az-ın məlumatına görə, proqrama müraciət edən bir şəxs keçmiş həyat yoldaşının onu polisə verdiyini deyib.
Araşdırmalar nəticəsində bəlli olub ki, kişi övladları üçün ödəməli olduğu alimenti aylardır vermir. Polislər kişini yaxalamaq üçün “Xəzər” telekanalının qarşısına gəliblər.
Xoşqədəm özü şəxsi studiyadan çıxararaq polislərə təhvil verib.
Polis Xoşqədəmin efirinə basqın etdi: Canlı yayımda həbs Xoşqədəm Hidayətqızının verilişinə gələn vətəndaşın həbs edilməsi üçün efirə polislər gəlib. AZXEBER.COM A24.Az xəbər verir ki, problemin həlli üçün verilişə gələn kişini polislər yaxalamaq üçün televiziyanın önünə gəliblər. Qeyd edək ki, bir neçə dəqiqə sonra Xoşqədəm Hidayətqızı özü onu mühafizə xidmətinə təqdim edib.