Bakı. 15 fevral. REPORT.AZ/ Hazırda Türkmənistan qaz ehtiyatlarının və Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu gün türkmən qazının Avropa bazarına çatdırılmasında danışıqlara maraq var: "Şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsinə bizə dəstək verir. Türkmənistanı toplantıda təmsil edən prezidentin müşaviri Yaxşıgəldi Kakayev ilə də bu məsələ müzakirə olunub".