Bakı. 16 fevral. REPORT.AZ/ Cənub Qaz Dəhlizinə birləşdiriləcək İonik-Adriatik Boru Kəmərinin (İAP) layihələndirilməsi üçün yeni şirkətin təsis olunması barədə razılıq əldə olunub.
“Report”un Azərbyacan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, Bakıda SOCAR ilə Albaniyanın “Albgaz” şirkəti, habelə Monteneqro, Xorvatiya və Albaniyanın qazpaylayıcı şirkətləri arasında Cənub Qaz Dəhlizinə birləşdiriləcək yeni boru kəmərlərinin layihələndirilməsi ilə bağlı iki sənəd imzalanıb. Sənədlərin imzalanma mərasimi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IV toplantısı zamanı keçirilib.
Cənub Qaz Dəhlizindən təbii qazın Albaniya ərazisində paylanması üçün Albaniyanın Fier-Vlora şəhərləri arasında planlaşdırılan yeni boru kəmərinin İlkin Detallı Layihələndirilməsi (FEED) “SOCAR Balkan” şirkəti tərəfindən həyata keçiriləcək. Bununla da SOCAR, ilk dəfə olaraq, Balkan ölkələrində mühəndislik xidmətlərini icra edəcək. Fier və Vlora şəhərləri arasında planlaşdırılan boru kəmərinin layihələndirilməsinə dair niyyət məktubunu “SOCAR Balkan” şirkətinin icraçı direktoru, SOCAR prezidentinin müşaviri Murad Heydərov və "Albgaz" şirkətinin icraçı direktoru Gençi Gyeçi imzalayıblar.
SOCAR Albaniyada yeni boru kəmərinin ilkin mühəndislik dizayn xidmətləri göstərəcək
SOCAR Albaniyada yeni boru kəmərinin ilkin mühəndislik dizayn xidmətləri göstərəcək
SOCAR Albaniyada yeni boru kəmərinin ilkin mühəndislik dizayn xidmətləri göstərəcək