Türkiyə-Yunanıstan arasındakı böhranın Qardak qayalıqlarından daha dərin səbəbləri var. Yunanıstana dəstək verən Avropa İttifaqının reaksiyasının səbəbləri başqadır. Livanın baş naziri Saad Haririnin Ər-Riyadda girov qalması, İsrailin Livan sərhədinə divar hörməsi, Əsədin Rusiya raketləri ilə İsrailin F-16 təyyarəsini vurması və son olaraq, ABŞ dövlət katibi Reks Tillersonun Beyrutda boş otaqda gözlədilməsi son günlər gündəmin əsas mövzularıdır. Türkiyəli yazar Taha Dağlı bütün baş verənlərin pərdəarxasında Aralıq dənizinin şərqindəki təbii qaz yatağının olduğunu yazıb.

Publika.az həmin məqaləni təqdim edir:

“Qaz müharibəsi” və Baş nazirin girov götürülməsi

Aralıq dənizindəki qarşıdurma 2009-cu ildə başladı. Həmin il amerikalılar dənizin Livan sahillərində qaz rezervləri tapdı. İsrail 12 quyudan ikisinə sahib çıxdı, 2013-cü ildə həmin quyuların istismarına başladı. İsrailin məqsədi təbii qazı Türkiyə üzərindən transfer etmək idi. “Mavi Mərmərə” məsələsində ilk şərt olan üzr istəmə də bundan qaynaqlanırdı. Lakin Türkiyə İsrailin təklifini isti qarşılamadı.

ABŞ, Rusiya, İsrail, Türkiyə... – Pərdəarxası müharibənin gizli səbəbi İLK DƏFƏ ORTAYA ÇIXDI

Qərbin planlarına qarşı Türkiyə-Rusiya-İsrail birliyi – TƏHLİL