Nigeriyada törədilən terror aktı nəticəsində

Nigeriyanın Borno əyalətində yerləşən mərkəzi bazarlardan biri terrorçuların hücumuna məruz qalıb.

Metbuat.az-ın məlumatına görə, 3 terrorçunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində azı 25 nəfər həlak olub. 50-dən çox yaralı var. Silsilə partlayışlardan sonra bölgəni nəzarətə götürən təhlükəsizlik əməkdaşları, antiterror əməliyyatlarına başlayıb.

Qanlı hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hücumun "Boko Haram" terror qruplaşması tərəfindən təşkil olunduğu güman edilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR