Misir və Azərbaycanın iqtisadiyyat nazirləri görüşəcək

Misir və Azərbaycanın iqtisadiyyat nazirləri görüşəcək
12:38 19 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İordaniya və Misirə rəsmi səfər edəcək.

Publika.az xəbər veri ki, fevral ayının 19-20-də Əmmanda Azərbaycanla İordaniya hökumətləri arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası baş tutacaq.

Daha sonra ayın 21-22-də isə Qahirədə Azərbaycanla Misir arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçiriləcək.

Hökumətlərarası Komissiyaların iclaslarında Azərbaycan-İordaniya və Azərbaycan-Misir iqtisadi əməkdaşlığı, komissiyaların sonuncu iclaslarından ötən dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Səfər çərçivəsində İordaniya və Misir rəsmiləri ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması da nəzərdə tutulur.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/231702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR