Mart ayında, qeyri-iş günlərində istirahət etmək istəyənlər, DİQQƏT!

Novruz bayramı ilə əlaqədər mart ayında ölkə ərazisində 5 qeyri-iş günü olacaq.

Turizm şirkətləri bu günlərdə bölgələrə, eləcə də xaricə getmək istəyənlər üçün xüsusi bayram tur paketləri hazırlayıblar.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov Metbuat.az-a açıqlamasında bildirib ki, Novruz bayramında insanlar daha çox Qəbələyə üz tuturlar:

“Bayram günlərində xaricə gedənlər də az olmur. Sözsüz, bu sırada ilk yerləri Türkiyə və Dubay tutur. İnsanlar bayrama çox az bir müddət qala hara gedəyəcəklərini planlaşdırdıqları üçün indidən dəqiq rəqəm söyləmək mümkünsüzdür. Lakin artıq rezervlər var”.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli isə qeyd edib ki, Novruz bayramında insanlar daha çox Dubay və İstanbula səyahət edilər:

“Bayram günlərində Avropaya da üz tutanlar da az olmur. Lakin ölkədaxili turlarda həmişə olduğu kimi aktivlik yaşanır. Şahdağ, Tufandağ və hava şəraitinə uyğun olan digər rayonlarımız turist qəbul etməyə hazırdır. Müştərilər artıq yerləri rezerv etdirməyə başlayıb. Təbii ki, turizm sahəsindəki bu inkişaf Ölkə Prezidentinin turizm sahəsində yaratdığı şəraitin nəticəsidir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Televiziyalarda yayımlanan verilişlər - Uşaqlarımızı idarə edir – OXUMAQ ÜÇÜN TIKLAYIN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR