ŞOK HADİSƏ! Heykəllə foto çəkdirən şəxs barmağını oğurlayıb qaçdı

Çinə aid 2000 illik yaşı olan Terrakota ordusunun heykəllərinin yer aldığı sərgidə amerikalı şəxs selfi çəkdirdiyi heykəlin baş barmağını oğurlayıb.

Metbuat.az xəbər verir ki, 4.5 milyon dəyərindəki heykəl hazırda, Filadelfiyadakı Fraklin İnstitutunda sərgilənən 10 Terrakota heykəlindən biridir.

Çinin rəsmi xəbər agentliyinin xəbərinə görə, 24 yaşlı Mişel Rohana sərgidə öncə heykəllə "selfie" çəkdirib. Daha sonra heykəlin baş barmağını qoparıb cibinə atıb.

Çin mediası hadisə ilə bağlı xalqın sərt reaksiya göstərdiyini, oğurluq edən şəxsin cəzalanmasını istədiklərini bildirib.

Polis qısa müddətə Mişel Rohannanı tutub. O, günahını etiraf edib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR