Ekvadorda R44 vertolyotunun okeana düşməsi nəticəsində 3 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, insident Manabi əyalətində San-Mateo çimərliyinin yaxınlığında baş verib.

Hadisə yerinə dərhal xilasedicilər, polis və Ekvador HHQ-nin dəstəsi cəlb edilib.

Ölənlərin cəsədləri vertolyotun salonundan çıxarılaraq qayıqla San-Mateo limanına gətirilib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az