Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu regionun inkişafına imkan yaradır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

Nazir qeyd edib ki, BTQ-nin tikintisi regionda Asiya ilə Avropanı birləşdirən mühüm nəqliyyat dəhlizinin yaradılmasına kömək etdi.

Xatırladaq ki, 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçirilib.

Milli.Az