Dəməşq və YPG Afrinlə bağlı danışıqlar aparsa da, razılaşa bilməyiblər. Afrində PYD terror qruplaşmasının Türkiyə sərhədi ilə bağlantısı qopmaq üzrədir. Moskva Qərbin Suriyada “B planı” həyata keçirmək cəhdində ittiham edib. Kreml nəzarətində olan KİV-lərə və siyasi texnoloqlara mifik “Novorossiya” mövzusunu tədricən dirçəldilməsi barədə təlimat verib.

Suriyanın ərazi bütövlüyü barədə heç kim narahat olmasın. Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Terror qruplaşmaları ilə mübarizə aparan heç kimə qarşı deyilik. Fəqət PKK və YPG-ni qorumaq üçün bura gələnlərə fürsət verməyəcəyik”, - Çavuşoğlu deyib.

Qeyd edək ki, Afrində keçirilən “Zeytun budağı” əməliyyatı Türkiyə sərhədləri yaxınlığında yaradılmış terror koridorunun ləğv edilməsi üçün yanvarın 20-də başladılıb.

Dəməşq və YPG Afrinlə bağlı danışıqlar aparsa da, razılaşa bilməyiblər. Bunu Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib.

“Türkiyə bölgədəki terror təşkilatları və terrorçuları təmizləyənə kimi, bu mübarizə davam edəcək. Əgər rejim qüvvələri formanı dəyişdirərək YPG/PYD sifəti ilə Afrinə girərsə, onlar da hədəfdir. Bunu etmək istəyən heç kimə fərq qoyulmayacaq”, - hökumət sözçüsü deyib.

Xatırladaq ki, fevralın 20-də Suriyanın hökumət qüvvələrinə bağlı silahlılar Afrinə girməyə cəhd ediblər. Türkiyə qırıcılarının aviazərbələri və top atəşləri ilə edilən xəbərdarlıqdan sonra, rejim tərəfdarı qüvvələr Afrinin şəhərinə 10 kilometr qalmış geri çəkiliblər.

Afrində PYD terror qruplaşmasının Türkiyə sərhədi ilə bağlantısı qopmaq üzrədir. Türkiyə ordusunun Afrin istiqamətində irəliləməsi nəticəsində Kilislə sərhəddə yerləşən ərazi terrorçulardan tamamilə təmizlənib.

Məlumata görə, uğurla davam etdirilən Afrin əməliyyatı nəticəsində PYD-nin nəzarətində Türkiyə ilə sərhəddə yalnız Hatay və Qaziantep istiqamətində 10 kilometrlik bir sərhəd xətti qalıb. Türkiyə Silahlı Qüvvələri və ASO bu bölgələrdə nəzarəti ələ keçirdikdən sonra terror qruplaşmasının Türkiyə sərhədi ilə əlaqəsi tamamilə kəsiləcək.

Suriya prezidenti Bəşər Əsədlə dialoqun qurulmasının vacibliyi ilə bağlı Moskvadan Türkiyəyə ünvanlanan mesajlar bir-birini əvəz edir. İki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Türkiyənin təhlükəsizlik maraqları Suriya hökumətiylə dialoq vasitəsilə tamamilə təmin edilə bilər.

“Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin “Aydınlıq” qəzetinə müsahibəsində sözügedən mesajı təkrarlayıb. Duqinin sözlərinə görə, Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında hərbi müvəffəqiyyət Dəməşqlə əməkdaşlıqla daha da gücləndirilə bilər.

Yenidən yazılacaq müharibə SSENARİSİ, iki şərt qarşılığında KAPİTULYASİYA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

“Ərdoğan bunu etməlidir, əks halda...” – Moskvadan müharibənin ssenarisini YENİDƏN YAZACAQ TƏKLİF