Pxençxan-2018: Körlinq üzrə üçüncü yer uğrunda oyun keçirilib

Pxençxan-2018: Körlinq üzrə üçüncü yer uğrunda oyun keçirilib
13:52 23 Fevral 2018
67 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ İsveçrənin kişilərdən ibarət körlinq üzrə yığma komandası Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında bürünc medal qazanıb.
“Report”un məlumatına görə, isveçrəlilər üçüncü yer uğrunda oyunda Kanada yığmasını 7:5 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək final oyununda İsveç və ABŞ kollektivləri üz-üzə gələcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/pxencxan-2018-korlinq-uzre-ucuncu-yer-ugrunda-oyun-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR