Vergilər naziri Şirvanda vətəndaşları qəbul edəcək

Vergilər naziri Şirvanda vətəndaşları qəbul edəcək
14:52 23 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Fevralın 27-də, saat 11:00-da vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: G.Şıxbala oğlu küç., 14) Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon sakinlərini qəbul edəcək.
“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar 23-26 fevral Ərazi Vergilər İdarəsinə, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və yaxud nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
“Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər”, - deyə məlumatda qeyd olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vergiler-naziri-sirvanda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR