Supermarketdən alış-veriş bəzən bizə sters atmaq kimi gəlir. Çünki stresi əvvəlcə pul qablarımız “yaşayır”, ayın sonuna doğru özümüz. Maraqlıdır, ehtiyacımız olmayan məhsulları almaq beynimizin yoxsa, süpermarketlerin oyunudur? Kifayət qədər cavabı çətin sualdır. Lakin gəlinən nəticə odur ki, biznes dünyasının satışları artırmaq üçün istifadə etdiyi merçendayzinqin ağır nəticələrini hər birimiz cibimizdə hiss edirik. Hər dəfə supermarketdən qayıdanda sanki ciblərimiz ağlayır. Bazarlıq səbətinə nəzər yetirib “bunların hamısı zəruri idimi” deyə özümüzə az sual verməmişik. Bəs bundan çıxış yolu nədir? Problemi araşdırmağa çalışdıq.

Çörək almaq adi ilə marketə girib, cibi boş çıxmaq

Süpermarketlerin çoxu sizin marketin içində dövrə vurmanızı təmin edəcək şəkildə dizayn edilir. Bu ideyanın müəllifi IKEA-dir. Marketlər “qızıl üçbucaq”dan da istifadə edirlər. Bu gündəlik tələbat mallarının (çörək, süd və s.) yerləşdiyi rəflərlə, supermarketin giriş və çıxışı arasındakı xəyali üçbucaq deməkdir. Fikir vermisinizsə, çörək rəfləri adətən supermarketlərdə ən arxa sıralarda yerləşdirilir. Nəzərə alsaq ki, çörək gündəlik qida rasionumuzun əsasını təşkil edir, marketdə çörək rəfinə çatana qədər səbətimizə çox şey ata bilərik.

Supermarketlər bizi necə tələyə salırlarlar? – BU BİLGİ SİZƏ PUL QAZANDIRACAQ

Başqa tərəfdən, supermarketlər xəyali olaraq dörd bərabər bölümə ayrılır. Müştərilər ən çox girişdən daxil olduqdan sonra birinci və ikinci bölümlərdə alış-veriş edirlər. Çıxışa doğru getdikcə alıcılıq qabiliyyəti azalır. Bunun səbəbi psixolojidir. Belə ki, müştərilər supermarketə daxil olarkən cibləri dolu olur, özlərinə əminliklə alış-veriş edirlər. Lakin alış-veriş etdikcə pullarının azaldığını bilirlər və ona görə də getdikcə daha çox qənaət etməyə çalışırlar. Nəticədə, çıxışa yaxın bölümlərdə satışlar azalır. Buna görə də, şirkətlər satışlarını artırmaq üçün məhsullarını girişə yaxın bölümlərdəki rəflərdə, ilk 5 metrlik məsafəni keçdikdən sonra yerləşdirməyə çalışmalıdırlar. Supermarketlər bizi necə tələyə salırlarlar? – BU BİLGİ SİZƏ PUL QAZANDIRACAQ

Supermarketlər bizi necə aldadır? - FOTOLAR