Umac halvasının hazırlanması

Azərbaycanda geniş yayılmış şirniyyat növlərindən biri halvadır.

Metbuat.az xəbər verir ki, halvanın müxtəlif növləri var. Onlardan biri də umac halvasıdır. Resepti təqdim edirik.

Lazım olan ərzaqlar:

1 kq un

1 çimdik duz

1 kq kərə yağı

Su

Şərbət üçün:

1 l su

800 q şəkər tozu

1 x/q sarıkök

Zövqə görə, darçın

Hazırlanmasına gəldikdə şərbəti bişirmək üçün 1 l suya 800 q şəkər tozu və 1 x/q sarıkök töküb qaynadın. Unun üzərinə su səpib əlinizlə ovxalayın, umac hazırlayın. Sonra onu sürtgəcin xırda gözündən keçirin. Ələyib ununu çıxarın, quru dəsmalın üzərinə sərib qurudun.
1 kq kərə yağını əridin, umacı qaynar yağın içərisinə töküb taxta qaşıqla tez-tez qarışdırın. Umac sarı-qızılı rəngə çalanda üzərinə qaynar şərbət tökün. Qarışdırıb altını söndürün. Bişən halvanı həm boşqaba yayıb üzünü naxışlaya, həmçinin paxlava kimi doğraya bilərsiniz.

Saxsı qabda buğlamanın hazırlanması - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)