İki Peru vətəndaşı Ekvadordan təyyarənin şassisində uçmaq istəyərkən yerə düşərək ölüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, polis generalı Marselo Tobar bildirib ki, həlak olanlar Quayakil şəhərinin hava limanının uçuş-eniş zolağında aşkar ediliblər.
Prokurorluqdan bildiriblər ki, təyyarə Ekvadora Perudan gəlib. "Comercio" portalınana məlumatına görə, təyyarə əvvəlcə Perudan Ekvadora, oradan isə ABŞ-a uçub. Sonda təyyarə geri qayıtmaq məcburiyyətində qalıb. Çünki Ekvador hökuməti şassilərin dayaqlarında digər biletsiz sərnişinlərin gizlənə biləcəyindən şübhələnib.
Milli.Az