Qar Bakıdan niyə "küsüb" ?

Ölkədə havanın şəraiti mülayim keçir.

Qışın “oğlan çağı”nda olmağımıza baxmayaraq, Bakıya hələ də bu qış qar yağmayıb. Yağmayan qar isə bir sıra infeksion xəstəlikləri özü ilə gətirib.

Maraqlıdır, Bakıya qar niyə yağmır?

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Metbuat.az-a açıqlamasında bildirib ki, analitiklərin apardığı nəticələrə görə, əvvəlki illərdə də fevral ayında müaliyim hava müşahidə olunub:

“Bu il fevral ayında yağıntılı hava şəraiti müşahidə olunub. Yağıntılar hətta iqlim normasından bir qədər çox və yağış şəklində olub. Lakin bölgələrdə yağıntılar müşahidə olunmaqdadır. Dağlıq və dağətəyi bölgələrdə qar da yağıb. Fevral ayının mülayim keçdiyi birinci dəfə deyil. Fevral ayında paytaxta qar yağmaması ilk deyil. Paytaxta qar yağmamasının səbəbi havanın mülayim keçməsi ilə bağlıdır. Paytaxtda mülayim hava şəraitidir, mülayim cənub küləklərinin əsməsi müşahidə olunur. Tempratur iqlim normasına yaxındır. Bəzi günlərdə isə yüksəkdir. Ümumiyyətlə, əvvəlki illərdə də fevral ayında qarın yağmaması, mülaiyim havanın oması müşahidə olunub”.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə qeyd edib ki, qarın yağmaması külək axınlarından – siklon və antisiklonlardan asılıdır:

“Sibirdən Qafqaz dağlarına qədər siklon gəlibsə, cənubdan gələn antisiklon onun qabağını kəsib. Qar yağmamasına baxmayaraq, Bakıda havalar soyuq keçir. Tempratur normadan 3-4 dərəcə aşağı düşüb. Hamımız qarın yağmasını, şaxta olmasını gözləyirik. Qar yağmayıbsa qış olmayıb? Elə deyil”.

Xəyalə Məmmədova / METBUAT.AZ

“WhatsApp”dan mesajları silənlər, DİQQƏT! - Arxivdəki "günahlar" geri qayıdır? – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR