Play Store

Avropa Komissiyası “Brexit” barədə saziş layihəsini dəstəkləyib

Avropa Komissiyası fevralın 28-də Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması (Brexit) barədə saziş layihəsini dəstəkləyib.

Metbuat.az xəbər verir ki, bunu Aİ-nin “Brexit” üzrə danışıqlardakı koordinatoru Mişel Barnyö Brüsseldə keçirilən mətbuat konfransında bildirib. O, dərc edilən 168 səhifəlik mətnin “İttifaqın tərkibindən çıxmaq barədə tam saziş layihəsi” olduğunu bildirib.

Diplomatın sözlərinə görə, “Brexit” prosesinin uğurlu başa çatması üçün işləri sürətləndirmək lazımdır. “2019-cu il martın 30-da, 13 aydan sonra Birləşmiş Krallıq Avropa İttifaqına üzv ölkə olmayacaq. Biz həmin günədək onun nizamlı çıxışını təşkil etməliyik. İndi vaxt az olduğu üçün danışıqları mətn əsasında aparmalıyıq. Bu gündən gələcək payıza qədər nizamlı çıxışın layihəsi üzrə yekun razılığa gəlməliyik”, - deyə Barnyö qeyd edib.

O, həmçinin tərəflərin sənədi ratifikasiya etmələri üçün də bir neçə ay nəzərdə tutmağın lazım gəldiyini əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR