Gözü yolda qalan avtomobillər...

Hazırda cərimə meydançasında sahibsiz qalan avtomobillər var. Bu avtomobillər arasında hətta bəzilləri illərdir sahibinin yolunu “gözləyir”.

Yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, avtomobilin cərimə meydançasında saxlanma müddəti ilə bağlı qanunvericilikdə maddə nəzərdə tutulmayıb:

“Ona görə ki, bizdə nəqliyyat vasitələrinin utilizasiya problemi yeni ortaya çıxıb. Utilizasiya yararsız avtomobillərin məhv edilməsidir. Bu, avtomobilləşmə prosesinin yaratmış olduğu nəticədir. Avtomobillərin sayı artdıqca, müəyyən avtomobillər yararsız hala gəlir. Onları saxlamağa yer olmur. Bu zaman sual yaranır. Nə edək? Bu məsələdə qanunvericilikdə tənzimləmərə ehtiyac var. Sahibi nə vaxt gəlsə, cərimə meydançasındakı həmin avtomobillr aparılır. Gəlmədiyi halda isə orada qalır. Dünya təcrübəsində belə prosedurlar var. Məsələn, Rusiyada həmin avtomobillər nəinki cərimə meydançasında, hətta küçədə belə uzun müddət qalarsa, yerli icra hakimiyyəti, yaxud bələdiyyə orqanları məhkəmədə həmin avtomobilin sahibsiz olması ilə bağlı iddia qaldırırlar. Məhkəmə qərarı ilə sahibsiz əmlak kimi qeydə alınır və dövlətin ixtiyarına keçir. Azərbaycanda isə polis ən yaxşı halda sahibkarı tapır və avtomobilini ordan çıxarmasını xahiş edir”.

Cərimə meydançasında avtomobillərin saxlanmasına görə sahibi pul ödəyir. Ödənilən məbləğ avtomobillərə görə dəyişir.

Ərşad Hüseynov qeyd edir ki, Dövlət Yol Polisinin mühafizə olunan duracağında 3.5 tona qədər ağırlığı olan minik avtomobillərinin sürücüləri 1 AZN, 3.5 tondan 10 tona qədər olan avtomobillərin sürücüləri 2 AZN, 10 tondan ağır olan avtomobillərin sürücüləri isə hər günə görə 3 AZN ödəməlidir.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bankda əmanəti olan şəxslər OXUSUN - Sığortalanmayıbsa, pulunuzu GERİ ÇƏKİN! – tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR