Rəqəmsal valyuta erası

Hazırda dünyada virtual ödəniş şəbəkəsinin populyarlığı sürətlə artmaqdadır.

Artıq bir sıra ölkələrdə kriptovalyutalar ödəniş vasitəsi kimi istifadə edilir. Hətta turizm sahəsində də buna rast gəlmək mümkündür. Məsələn, dünyanın ilk onlayn səyahət şirkəti “Cheapair.Com” 2013-ci ildən bəri bitkoin ilə ödəmələri qəbul edir. Onlayn şirkətlərindən biri olan “Expedia” təyyarə bileti üçün bitkoin qəbul etməsə də, yerləşdirmədə ondan istifadə edir.

190 ölkədə xidmət göstərən qlobal səyahət firması olan “Amadeus” nəşr etdirdiyi məqaləsində virtual valyutanın turizmdə istifadə edilməsini müzakirə edib. Məqalədə daha təhlükəsiz sərnişin kimliyi müəyyənləşdirmək, baqaj təqibinin təkmilləşdirilməsi, hava yolları şirkətləri arasında ödənişlərin sadələşdirilməsi baxımından virtual ödənişlərin verdiyi üstünlüklərdən danışılıb.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda kriptovalyutanın turizm sahəsinə çatması hələ tezdir:

“Biz üstünlüyü normal valyutaya veririk. Kriptovalyutaya inanmırıq. Turizm şirkəti vəsaiti əldə edən kimi dərhal onu məqsədli şəkildə otel və avia şirkətə yönləndirir. Ona görə, kriptovalyuta bizim üçün hələ tezdir. Hazırda onunla işləmək bir fikrimiz də yoxdur. Nə vaxtsa dövlət tərəfindən tanınarsa, o zaman istifadə etmək olar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Ucuz bayram yarmarkaları açılır - Bu ünvanlarda – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR