Bu şəkli paylaşdı, həbs olundu

ABŞ-ın San Dieqo şəhərində maraqlı hadisə yaşanıb.

Metbuat.az "Milliyet"ə istinadən bildirir ki, ABŞ-ın San Dieqo şəhərində yaşayan bir lisey tələbəsi, leqodan düzəltdiyi AR-15 tipi tüfəngin görüntüsünü sosial mediadan "Sabah məktəbə gəlmə" mesajı ilə paylaşdıqdan sonra terror təhdidi səbəbindən həbs olunub.

San Diego Polis Departamentinin verdiyi bəyanatda, bunu bir terror təhdidi olaraq gördüklərini və heç bir bildirişi gözardı etməyəcəklərini bildiriblər. Tələbənin başqa silahlarla da əlaqəsinin olub-olmadığını müəyyən etmək məqsədilə istintaqın davam etdiyini bildirən polislər, 14 yaşlı gənci həbsxanaya göndərib.

Məktəbdən edilən açıqlamada belə deyilib: "San Dieqoda sosial mediaya hədə mesajı ehtiva edən bir leqodan tüfəng şəkli paylaşan tələbə həbs olunub. Operativ müdaxilələri üçün polisə təşəkkür edirik."

Ötən 14 Fevralda, ABŞ-ın Florida ştatında yerləşən bir liseydə silahlı hücum baş vermişdi. 17 tələbənin can verdiyi hücumu 19 yaşlı Nikola Cruz adlı tələbə həyata keçirmişdi.

Tural İsmayılov/ Metbuat.az

http://matbuat.az/news/910328/benzin-yoxsa-dizel.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR