Bayram günlərində ƏN UCUZ yerlər - Sərfəli xarici turlar / FOTOLAR

Qeyri-iş günlərini ölkədən kənarda keçirmək istəyən şəxslər adətən qonşu ölkələrə üz tutur.

Ənənə halını almış bu ölkələr arasında GürcüstanTürkiyə öndə gəlir. İnsanların qonşu ölkələrə üz tutmalarında əsas səbəb qiymətlərin ucuz olmasıdır. Lakin bu gün münasib qiymətə xarici ölkələrə də getmək mümkündür.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli Metbuat.az saytına açıqlamasında bildirib ki, qonşu ölkələrə getmək istəyən müştərilər çoxluq təşkil edir. Bunun da səbəbləri var:

“İnsanlar qonşu ölkərə öyrəşib. Bu ölkələrə getmək onlar üçün həm dil bilikləri, həm də ünsiyyət baxımından çox rahatdır. Məsələn, Gürcüstana səfər edənlər təyyarədən istifadə etmirlər. Avtomobil, avtobus və qatarla bu ölkəyə getmək həm daha sərfəli, həm də rahatdır. Türkiyə isə qardaş ölkə olduğundan, buraya səfər edənlər rahat olurlar.

Lakin həmin qiymətlərlə digər ölkələrə də üz tutmaq mümkündür. Məsələn, Misirin Şarm əş-Şeyx, Hurqada, Rusiyanın Moskva, Sankt-Peterburq və Macarıstanın Budapeşt şəhərinə səyahət etmək mümkündür. Bu tip məsələlərdə müştəridən savayı, ona xidmət göstərən şirkətdən çox şey asılıdır. Alıcıya daim fərqli çeşidlər təklif etmək, üstəlik bu seçimdə onlara mütləq şəkildə köməklik etmək lazımdır. Bilirsiniz, Türkiyə və Gürcüstan turunu hazırlamaq olduqca rahat və asandır. Bu nüansa görə müştərilərə daha çox qeyd olunan ölkələrə aid paketlər təklif olunur. Fly.az olaraq çalışırıq ki, müştərilərimizə mümkün olan hər bir ölkələrə aid turlar təklif edək və çalışdığımız qədər münasib qiymətlərlə müştərilərimizin önünə çıxa bilək”.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov Metbuat.az-a açıqlamasında bildirib ki, Avropaya minimum paketər 1 nəfər üçün 1000 manatdan başlayır:

“Gürcüstanı Avropanın ən ucuz xidmət göstərən ölkəsiylə müqayisə etmək olmaz. Çünki Gürcüstana gediş imkanları çoxdur. Ora avtobus, qatar, hətta şəxsi avtomobillə, aviabiletə pul ödəmədən getmək mümkündür. Üstünlük əsas bundadır. Avropaya minimum paketər 1 nəfər üçün 1000 manatdan başlayır. Lakin Gürcüstana 500 manata gedib, 4 ulduzlu oteldə istirahət edib, gəlmək olar. Avropada 1000 manata ən ucuz oteldə qalmaq mümkündür. Türkiyənin özü ilə müqayisə etdikdə də, mümkündür.

Xarici ölkələri müqayisə etdikdə, birbaşa uçuşlar olan ölkələr daha sərfəlidir. Məsələn Berlin, İtaliya, Paris, Budapeşt şəhəri son vaxtlar Azərbaycan turiztləri üçün çox aktual istiqamətdir. Dubay da ən çox gedilən istiqamətlərdən biridir. Amma qiymətlər bayramda qalxır. Üstəlik, yer məhdudiyyəti də yaranır. Həmçinin, insanlar Əbu-Dabiyə də sərfəli imkanlar əldə edə bilərlər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bayram yarmarkaları BU TARİXDƏN başlayır - Ucuz qiymətlər, bol çeşid... – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR