ABŞ 1996-cı ildən Quam adasında xüsusi təlim verdiyi terrorçuları Afrinə göndərməyə başlayıb. ABŞ-ın Türkiyədəki səfirliyinin terror xəbərdarlığından sonra Ankarada İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. İsrail Rusiya ilə İran bölmələrinin Colan təpələrinə yaxınlaşmayacağı barədə zəmanətləri müzakirə edir. ABŞ-ın “ExxonMobil” enerji şirkəti Cənubi Kiprin “Block 10” adlandırdığı ərazidə bu ilin payızında neft-qaz axtarışlarına başlayacaq. ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar Rusiyada vəziyyətin destabilizasiyasına yönəlib.

Ötən il Azərbaycan ordusunun qoşun döyüş sursatları üzrə ehtiyatlarının yaradılması məqsədilə yerli sənaye müəssisələrindən və xarici ölkələrdən müxtəlif təyinatlı müasir döyüş texnikası, eləcə də digər hərbi məhsullar alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib, hərbi texnika və avadanlıqların təmiri və təkmilləşdirilməsi həyata keçirilib. Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, uzun müddət istifadədə olan, texniki tələblərə cavab verməyən, istifadəyə yararsız silahlar, döyüş texnikası və digər hərbi təyinatlı vasitələr istismardan çıxarılıb və yeniləri ilə əvəzlənib. Ordunun silah arsenalının daha da gücləndirilməsi üçün müasir silahların, qabaqcıl texniki vasitələrin alınması istiqamətində işlər davam etdirilir.

Hesabatda bildirilib ki, ötən il müdafiə xərclərinə dövlət büdcəsinin 15 faizi həcmində vəsait yönəldilib ki, bu da 2016-cı illə müqayisədə 429 milyon manat və ya 19.6 faiz, büdcə xərclərinin tərkibində isə 2016-cı illə müqayisədə 2.6 faiz çoxdur.

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 45-ci günündə davam edir. Türkiyə Baş qərargahından verilən məlumata görə, hərəkat çərçivəsində bugünədək 2668 terrorçu zərərsizləşdirilib.

Son irəliləmələrlə Cinderesin Afrinlə mərkəzi quru yolu kəsilib. Beləliklə, Cinderes əhəmiyyətli dərəcədə birləşmiş qüvvələr tərəfindən mühasirəyə alınıb. Hərəkatın başlnağıcından etibarən TSQ və ASO 3-ü mərkəz olmaqla, 102 kənd, 6 yaşayış məntəqəsi və 22 strateji dağ-təpəni, biri YPG/PKK-ya aid hərbi baza olmaqla, 134 nöqtəni ələ keçirib.

Qeyd edək ki, "Zeytun budağı" hərəkatı yanvarın 20-də başlayıb.

"Zeytun Budağı" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri Suriya sərhədləri daxilində yerləşən bütün əraziləri terrorçulardan təmizləməyə hazırdır".

Bunu "Zeytun Budağı" hərkətanının 45-ci günü ilə bağlı çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri (SQ) Münbiçi terrorçulardan təmizləməyə hazırdır:

"Zeytun budağı" əməliyyatı Suriyanın bütün şimalı boyu İraqla sərhədə qədər davam edəcək. Türkiyə Silahlı Qüvvələri bu gün Afrindədir, sabah isə Münbiçdə olacaq. Terrorçuları bu torpaqlardan bir-bir təmizləyəcəyik”.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suruyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” hərəkatında PKK/PYD/YPG terrorçularının ağır zərbələr alması ABŞ-ı əlavə yollara əl atmağa məcbur edib. ABŞ 1996-cı ildən Quam adasında xüsusi təlim verdiyi terrorçuları Afrinə göndərməyə başlayıb.

Qiyamətin TARİXİ, müharibənin olmaması üçün ZƏMANƏT… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ xüsusi hazırladığı terrorçuları Türkiyə ilə döyüşə göndərdi - VİDEO