Ukraynada günəş elektrik stansiyalarının tikintisinə 25,9 milyon

Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynanın Vinnitsa vilayətində üç günəş elektrik stansiyasının tikintisi üçün 25,9 milyon avro ayırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Petro Poroşenko məlumat verib.

Poroşenko bildirib ki, bu layihə Ukraynanın enerji sahəsində müstəqilliyini artırmaq üçün irəliyə atılan növbəti addım, həmçinin yeni iş yerlərinin açılmasıdır.

Qeyd edək ki, Fransa da inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Ukraynada günəş enerjisinin inkişafına 2022-ci ilədək 700 milyon avro ayırmağı planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR