Bakıda yağış niyə tıxaca səbəb olur?

Dünən axşam saatlarından ölkə ərzisində yağan intensiz yağış bu gün səhər radələrində paytaxtda ciddi tıxaca səbəb olub. Tıxac səbəbilə əksər insan işə, dərsə gecikib. Üstəlik, yaranan vəziyyət qəza şəraitini də qaçılmaz edib.

Yağış Bakıda niyə tıxac yaradır?

Məsələ ilə bağlı yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, belə havalarda tıxacın yaranmasının iki əsas səbəbi var:

“Birinci səbəb sürücülərin sürəti azaltmasıdır. Sürücülər havanın yağışlı olduğunu görüb, qəza şəraitinin yaranmaması üçün sürət həddini minimuma endirirlər. Bu səbəblə də yollarda tıxac yaranır.

Yollardakı çala və gölməçələr sürücülərin avtomobili idarə etməsinə əngəl törədir. Sürücülər çox vaxt avtomobillərini qorumaq üçün bu cür gölməçələrə girmir, yolda manevr edirlər. Bu da tıxaca səbəb olur. Problemin aradan qalxması üçün avtomobil yollarında su toplanan yerlər ləğv olunmalıdır”.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib:

“Yağmurlu hava şəraitində sürücülər daha diqqətli olmalıdır. Belə yağmurlu hava şəraitində küçə və yollarda sürüşmə ehtimalı alınır. Bu baxımdan, sürücülər hava şəraitini nəzərə alaraq avtomobillərini idarə etməlidirlər. Bundan başqa, tövsiyə olaraq sürücülərə bildiririk ki, sürüşmə ehtimalını nəzərə alaraq, sürət həddi minimuma endirilməli, ara məsafəsi isə normadan artıq saxlanılmalıdır. Yalnız hərəkət istiqamətində olmaqla qoyulmuş yol nişanlarının tələblərinə düzgün riayət edilməlidir. Yol-nəqliyyat və ya digər xoşagəlməz hadislərin yaşanmaması üçün qeyd olunan tələblərə əməl edilməlidir. Avtomobil elə sürətlə hərəkət eedilməlidir ki, hərəkət istiqamətində hər hansı bir təhlükə yaranarsa, sürücü bu təhlükədən yayına bilsin. Sürücülər bütün mümkün tədbirləri öncədən görməlidir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakıya yağış, rayonlara qar yağacaq – RƏSMİ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR