ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı
əməkdar artist Baloğlan Əşrəfov olub.
Publika.az xəbər verir ki, Baloğlan Əşrəfov ilk
dəfə əməkdar artist Cavanşir Məməmmədovu ansambla qarmonçalan kimi
gətirməsindən danışıb:
“1980-ci ildən Vaqif Ansambılı yaranan gündən Polad Bülbüloğlu mənə
dedi ki, niyə özünə ansambl düzəltmirsən. Niyə tez-tez konsert
vermirsən. Dedim ansamblım yoxdu. Dedi ansambl düzəlt. Bu faktdır,
Cavanşir Məmmədovu ilk dəfə ansambla qarmonçalan kimi mən gətirdim.
Dedim Cavanşir mənə ansambl yarat. Bax o ansambl flarmoniyada
imtahan verdi. Mədəniyyət Nazirliyindən Vaqif Əlixanov və digər
adamlar gəlib oturdu. Rəsmi şəkildə təsdiq olundu. Mənim indi
peçatım da var ki, o, təsdiq olunmuş ansambl idi”.