Polis bu qadını axtarır - təhlükəli və silahlıdır

Polis bu qadını axtarır - təhlükəli və silahlıdır
11:59 11 Yanvar 2015
174 Dünya
Ölkə mətbuatı
A- A+

Parisi qana bulayan, bir-biri ilə əlaqəli 3 hücumu təşkil edən qrupun 4-cü üzvünün axtarışları davam etdirilir. Lent.az-ın dünya mediasına istinadən məlumatına görə, polis yəahudi marketinə hücum edərək 20 nəfəri girov götürüb onların 4-nü öldürən Amedi Kolibalinin sevgilisi Həyat Bomedinenin axtarışlarına başlayıb. Gənc qadınla bağlı bülletenlər bütün bölmələrə göndərilib.

 

Bu qadının silahlı hücumlarda iştirakı barədə dəqiq faktlar mövcud olmasa da onun keçən il Kuaşi qardaşlarından birinin həyat yoldaşı ilə 500 dəfədən çox telefonla danışdığı məlum olub. 

 

Bildirilir ki, marketə edilmiş hücumun əsas iştirakçısı olan Amedi Kolibali 4 il müddətinə həbsdə olarkən Həyat onu gözləyib və cütlük imam nikahı ilə münasibətlərini davam etdiriblər. Əvəllər kassir kimi işləyən gənc qadın məhz Amedi ilə tanış olandan sonra radikallaşıb. Qeyd edək ki, Fransada jurnal redaksiyasına hücum edərək 12 nəfəri öldürən Kuaşi qardaşları, eləcədə marketə basqın edən Amedi Kolibali öldürülüb. Hazırda polis tərəfindən axtarılan qadının da silahlı və təhlükəli olması ilə bağlı xəbərdarlıq edilib. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR