Ağrılardan xilas olmaq üçün qurbağa yedi

Ağrılardan xilas olmaq üçün qurbağa yedi, qarnından qurd çıxdı.

Metbuat.az xəbər verir ki, Çində revmatizm ağrılarından xilas olmaq istəyən qadın üç il əvvəl 3 qurbağanı çiy şəkildə yeyib və qadının mədəsindən 13 santimetr uzunluğunda qurd çıxarılıb.

Qadının mədəsindən qurdu çıxaran həkimlər görüntü qarşısında çox təəcübləniblər. Yao adlı qadın bədənindəki ağrıları dindirmək üçün tək çarənin qurbağa yemək olduğuna inanırmış.

Qurbağaları yedikdən bir neçə ay sonra Yao mədə ağrısı ilə Şanqayda bir xəstəxanaya aparılıb və ona parazit qaynaqlı bağırsaq tıxanıqlığı diaqnozu qoyulub.

Yaonun vəziyyəti keçən həftəki əməliyyatdan sonra yaxşılığa doğru dəyişməyə başlayıb. Lakin parazit qurdları insan bədənində sürətlə yayıldığı üçün qadının yeni bir infeksion xəstəliyi yaşamayacağı bilinmir.

Günay Sadıxova/ Metbuat.az

http://matbuat.az/news/915525/bu-olkede-xosbext-insanlar-azdir.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR