"Nazir" öldürüldü

Terror təşkilatı PKK/PYD-nin sözdə informasiya naziri olan və Afrin məsələsində Əsədlə danışıqlar aparan Öner Alluş təşkilat tərəfindən edam edilib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Ömər Alluşun keçdiyimiz 20 günlük müddətdə Hələb və Şamda apardığı görüşmələr uğursuz keçib və o PKK tərəfindən 2 gün öncə Tel Abyata çağırılıb.

Alluşun uğursuzluqlarına görə, terror təşkilatı tərəfindən edam edildiyi iddia edilir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR