Həkimlər 15 günlük körpənin həyatını xilas etdilər

Türkiyənin Adana şəhərində belində maye dolu kisə ilə doğulan 15 günlük körpə cərrahi əməliyyatla sağlamlığına qovuşub.

Metbuat.az xəbər verir ki, Hatayın Antakya rayonunda Əli və Hənifə cütlüyünün yeni doğulan Furkan adlı körpələri anadangəlmə belində kisə ilə doğulub. Valideynlər körpəni əməliyyat üçün Çukurova xəstəxasına aparıblar. Həkimlər bel ilə büzdüm sümüyü adlanan hissədə 77 santimetr böyüklükdə içi maye ilə dolu kisə aşkar ediblər.

Həkim Dərviş Mansuri Yılmaz xəstədə onurğa iliyi və onurğa sinirinin bu kisənin içərisində sona çatdığını bildirib. Həkim mikrocərrahi üsulla onurğa iliyi və onurğa sinirlərini normal kanala yerləşdirərək müalicəni uğurla başa çatdırıb. 15 günlük körpə gələcəkdə iflic olmaq riskindən xilas olaraq sağlamlığına qovuşub.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR