“Xarici ölkələrə gedib meymunluq edirlər”

Xaricdə yaşayan bir qrup radikal müxalifətçinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniya cəmiyyətin müxtəlif təbəqələrinin etirazına səbəb olub. Azərbaycan hakimiyyətini ləkələməyə, illərlə qazanılan uğurları gözdən salmağa hesablanmış kampaniyaya ölkənin tanınmış şəxsləri biganə qalmayıb, öz münasibətlərini bildiriblər.

Metbuat.az-ın məlumatına görə xalq artisti, tanınmış xanəndə Canəli Əkbərov AzVision.az-a bildirib ki, radikallar Azərbaycanın uğurlarını həzm edə bilmirlər.

“Mənim ürəyim bu dövlətlə döyünür. Dövlət bizim uğurlarımıza layiqli qiyməti verib, hər zaman bizim yanımızda olub. Heç bir dövlət sənətkara bu cür yüksək qiymət vermir. Dövlətimdən çox razıyam. Allah bu dövləti bizə çox görməsin. Ulu öndərdən miras qalmış bu dövlət cənab İlham Əliyev tərəfindən zirvəyə qaldırılıb. Mehriban xanım Əliyevanın xidmətləri göz qabağındadır. Bunu görməmək mümkün deyil. Onun sayəsində muğamımız ucalır, xalq tərəfindən sevilir. Biz sevinirk ki, belə bir ölkənin vətəndaşıyıq”.

Xalq Bilal Əliyev anti-Azərbaycançı qüvvələrə müraciət edib:

"Təbliğat və təşviqat kampaniyasında iştirak edəcəyəm. Azərbaycan xalqını ulu öndərimizin ən layiqli davamçısı olan İlham Əliyevə səs verməyə çağıracağam. Xarici ölkələrdə gizlənib Azərbaycanın əleyhinə danışanlara müraciət edirəm. Əgər özlərini yaxşı, haqqı-ədaləti, düzgünlüyü sevən insan sayırlarsa, gəlsinlər mübarizəni kişi kimi aparsınlar. Görsünlər ağıllı insanların qarşısında bir dəqiqə davam gətirirlər, yoxsa yox? Xarici ölkələrə gedib meymunluq edirlər, sonra da durub deyirlər ki, belə etdilər, elə etdilər. Yalandan hakimiyyətə şər atırşar. Bu dövlət, hakimiyyət onlara nə edib axı?".

Xalq artisti, xanəndə Sabir Əliyev prezident İlham Əliyevin siyasətini dəstəklədiyini söyləyib:

"Biz prezidentimizə, ölkəmizə dayaq olmaq üçün təbliğat və təşviqat işlərində yaxından iştirak edəcəyik. Prezidentimizin yolu haqq yoludur. Yürütdüyü siyasət yerindədir. Dünya siyasətçiləri arasında öz çəkisi, sözü olan dəyərli insandır. Onun dedikləri bizim üçün qanundur. Kimin nə deməsindən, asılı olmayaraq, bizim namizədimiz cənab İlham Əliyevdir. Ondan başqa ölkəyə kim rəhbərlik edə bilər ki? Prezidentimiz əmin -amanlığımızın qarantıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR