İspaniya futbol "La Liqa"sının 29-cu turunun son oyunları keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Madrid "Real"ı "Santiaqo Bernabeu"da "Jirona"nı qəbul edib.

Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:3. Madridlilərin hücumçusu Kriştiano Ronaldo oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qollar: Kriştianu Ronaldu (11, 47, 64, 90), Kristian Stüani (29), Lukas Vaskez (59), Kristian Stüani (67), Qaret Beyl (86), Xuanpe (88).

Beləliklə, "Real Madrid" xallarının sayını 60-a çatdıraraq 3-cü pilləyə yüksəlib.

Milli.Az