Suriyada hökümət qüvvələri ilə müxaliflər arasındakı vətəndaş müharibəsinə görə ən çox əziyyət çəkənlər uşaqlardır.
Milli.Az bildirir ki, Qərb mediasının yazdığına görə ötən gün Əsəd ordusunun hava hücumu nəticəsində 21 nəfər ölüb. Onlardan 16-sı uşaqlardır.
Şagirdlər məktəbdən evə qayıdarkən hava hücumu nəticəsində dağıntıların altında qalaraq can veriblər. Ölən uşaqların yaşı 10-dan azdır.
Suriyanın Kafr Batrix vilayətinə edilən hücum nəticəsində ölən uşaqların şəkilləri də yayılıb.
Milli.Az ürəkparçalayan fotoları təqdim edir:
Emin
Milli.Az