Millimiz Kosovoya uduzdu

Millimiz Kosovoya uduzdu
00:48 23 Mart 2018
142 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv Kosovo yığmasının qonağı olub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarlı hava şəraitində keçən qarşılaşmada hər iki qol ikinci hissədə vurulub. 54-cü dəqiqədə Florent Hasani, 61-ci dəqiqədə isə Besfort Kölgeci fərqlənib. Bununla da Sadıqov U-21 yığmasındakı ilk rəsmi sınağında məğlubiyyətlə üzləşib.

Beləliklə, 5-ci qrupda 7 oyundan sonra xallarını 10-a çatdıran Kosovo ikinci pilləyə yüksəlib. Azərbaycan yığması isə 6 oyundan 1 xalla sonuncudur. Sadıqovun komandası növbəti oyununu martın 27-də səfərdə İrlandiyaya qarşı keçirəcək.

Avropa çempionatı. Seçmə mərhələ, V qrup

22 mart

22:00. Kosovo - Azərbaycan - 2:0

Qollar: Florent Hasani, 54. Besfort Kölgeci, 61


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/235103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR