Peru Konqresi plenar iclasında ölkənin prezidenti Pedro Kuçinskinin istefasını qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kuçinskinin istefasına 105 deputat səs verib.

Yaxın vaxtlarda ölkənin birinci vitse-prezidenti Martin Viskarra and içərək Konqresə müraciətlə çıxış edəcək. O, 2021-ci ilə qədər dövlət başçısı vəzifəsini tutacaq.

Ömər