Rusiyada matəm elan olunub

Rusiyada Kemerovo vilayətində baş vermiş yanğında çoxlu sayda insanın ölməsi ilə əlaqədar martın 28-i tarixi matəm günü elan edilib.

Metbuat.az bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Qış albalısı" Ticarət Mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla, 64 nəfər ölüb.

FED qərar verdi - Dolları yaxın günlərdə nə gözləyir? / AÇIQLAMA – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR