Bakıda qadın evinə kişi çağırdı - "Əri" 5 min pul istədi

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib.

DİN-dən Metbuat.az-a verilən xəbərə görə, sonradan həmin evə gələn 2 naməlum şəxs özlərini həmin qadının əri və qohumu kimi təqdim edib onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxslərdən biri qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Həmid Alməmmədov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirləri aparılır.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR