Drezden iki cebheye bolundu (VIDEO)

Drezden iki cebheye bolundu (VIDEO)
16:11 11 Yanvar 2015
187 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanin serqinde yerlesen Drezden seherinde 35 mine yaxin ayaga qalxib. ANS PRESS-in melumatina gore, on minlerle insan irqciliye qarsi etiraz aksiyasina toplasib.

Kutlevi numayis artiq olkede aylardir Pegida ve ya Qerbin islamlasmasina qarsi cixan vetenperver avropalilar qurumu terefinden kecirilen anti-islam aksiyalarina bir cavab olub. Aciq cemiyyete destek aksiyasinda Almaniyanin Saksoniya eyaletinin bas naziri Stanislav Tilic de qatilaraq, tolerantliq ismarici gonderib: "Gorduyunuz kimi bu tedbirde 35 min insan istirak edir, onlar bu seheri sevdiklerini, bu seherle fexr etdiklerini aciq aydin ifade etdiler. Bu insanlar Drezdenin bir tolerant ve kosmopolit seher oldugunu gosterdiler".

Aksiya istirakcilari Drezdende hec de haminin Pegidani desteklemediyini catdirmaq isteyibler. Onlarin fikrince Drezden hamiya aciq olan tolerant seherdir. Bu seherde tolerantliq desteklenir ve etiraz seslerini qaldiranlar irqi - dini ayriseckiliyin eleyhine cixir, olkeye gelen qacqinlari ise yaxsi qebul edirler.

Drezdenin meri Helma Orosz ise PEGIDA terefdarlarini irqcilik eleyhine kampaniyaya qatilmaga cagirib. “Bizim cemiyyetimiz vahiddir, ve biz [islamlasmadan] ehtiyatlananlari ve bazar ertesi PEGIDA-nin yurusune gelenleri unutmuruq. Biz onlari atmiriq, biz onlari bizimle ciyin-ciyine dayanmaga devet edirik”, - Orosz deyib.

Almaniyanin bir cox aparici siyasetcileri, o cumleden kansler Angela Merkel, PEGIDA-nin rehber tutdugu islamlasmaya qarsi suarlarini tenqid edibler. Bu herekata qarsi Berlinde, Kolnde ve Stutqartda da izdihamli numayisler kecirilib.

Son vaxtlar Almaniyanin bu seherinde her hefte “Avropanin islamlasmasi”na qarsi numayisler kecirilir. Aksiyalari "Vetenperver avropalilar Qerbin islamlasmasina qarsi" (Patriotische Europäer gegen Islamisierung des Abendlandes – PEGIDA) adli teskilat kecirir. Oten bazar ertesi “islamlasma” eleyhine son defe kecirilen aksiyada 18 min nefer istirak edib. Bir nov PEGIDA-nin teskil etdiyi aksiyalarina qarsi etiraz seciyyesi dasiyan senbe kutlevi yurusu Saksoniya hakimiyyeti ve Drezden seherinin bascisi teskil edibler. Yurus istirakcilari bir deqiqelik sukutla Fransada hucumlar seriyasi qurbanlarinin xatiresini yad edibler.

Avropanin islamlasmasina qarsi novbeti aksiya Drezdende uzumuze gelen bazar ertesi kecirilmelidir. Fransa hadiselerinden sonra aksiya istirakcilarinin sayinin xeyli artacagi gozlenilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR