Kosta-Rikada bu gün prezident seçkilərinin ikinci turu keçirələcək.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə prezidenti vəzifəsinə "Milli dirçəliş" partiyasından Fabrisio Alvarado Munyos və "Mülki hərəkət" hakim partiyasının nümayəndəsi Karlos Alvarado Kesada namizəddirlər.
Fevralın 4-də keçirilmiş birinci turda Alvarado Munyos 24,9 faiz səs toplayaraq qalib gəlib. Onun rəqibi Alvarado Kesada 21,6 faiz səs toplayıb.
Qeyd edək ki, səsvermədə 3,3 milyon seçici iştirak edə bilər.
Nəsimidə mənzildən kişi meyiti tapılıb - FHN - Oxumaq üçün tıkla